Yapon sənaye nəhəngi yeni elektromobillər buraxacaq

Nissan elektrikli avtomobillər bazarında əsas payçılardan biri olmaq planlarını genişləndirir.
Yaponiyanın ikinci ən böyük avtomobil şirkəti Böyük Britaniyada, Sanderlenddə elektromobillər üçün yeni batareya fabriki (gigafactory - Tesla rəhbəri Erlon Maskın bazara gətirdiyi termin) inşa edəcək. Bu məqsədlə Nissan özünün batareya biznesi - Envision AESC vasitəsilə 450 milyon funt-sterlinq (621 milyon dollar) investisiya yatıracaq.
Əlavə olaraq, Sanderlenddə hazırda işləyən elektromobil zavodunun gücünü artırmaq və yeni modellər istehsal etmək üçün 423 milyon funt (584 milyon dollar) sərmayə qoyulacaq.
İlkin mərhələdə batareya fabrikinin gücü 9 Giqavatt/saat, istehsal həcmi ildə 100 min ədəd batareya olacaq. Nissan elektromobillərinə tələbat sürətlə artsa, 2030-cu ilə kimi istehsal gücünü artırmaq üçün əlavə 1,8 milyard funt (2,5 milyard dollar) investisiya da planlaşdırılır.
Layihə Böyük Britaniyada ilk iri həcmli batareya zavodudur və təxminən 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












