Yeni "Dodge Hornet" krossoveri İtaliyada buraxılacaq - FOTO

İstehsalı 2022-ci ilin yazında başlanacaq gələcək Alfa Romeo Tonale krossoverinin Dodge markası altında buraxılan “qohumu” olacaqdır.
Passione Auto Italiane portalına istinadən bildirdiyinə görə, Tonale modelinin yığılacağı Fiat şirkətinin Pomiliano d'Arkodakı zavodunu (hazırda bu zavodda yalnız Fiat Panda hetçbekəri istehsal olunur), başqa bir modelin – yığcam Dodge Hornet krossoverinin istehsalı üçün hazırlayırlar.
Təəssüf ki, bu barədə ətraflı məlumat verilməyib. Alfa Romeo Tonale kimi, gələcək Dodge Hornet krossoveri də, Jeep Compass modelinin eninə yerləşən mühərriki olan platformasına əsaslanır. Bu, amerikan krossoverinin arxa oxda muftası olan tam ötürmə sisteminə sahib olacağından xəbər verir.
Hornet modelinin əsasən Amerika bazarı üçün nəzərdə tutulduğu məlumdur (Dodge markası hazırda Avropada təmsil olunmur). Krossoverin kapotunun altında 2,0-litrlik benzin turbomühərriki quraşdırılacaqdır.
Dodge Hornet adı 2006-cı ildə Cenevrə avtosalonunda nümayiş etdirilmiş konsept avtomobili üçün istifadə olunmuşdu. Lakin o zaman amerikan markası bu layihəni inkişaf etdirməmək qərarına gəlmişdi. Odur ki, gələcək Hornet modeli uzun müddətli fasilədən sonra Dodge markasının həqiqətən ilk yeni model olacaqdır.
Hazırda amerikan istehsalçısının model cərgəsində üç heç də gənc olmayan model mövcuddur: Charger sedanı, Challenger kupesi və Durango krossoveri. Meksikada isə, Dodge markası altında ucuz Attitude (Mitsubishi Attrage) və Neon (Fiat Tipo) sedanları satılır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













