Yeni "Ferrari" möcüzələr yaradır - VİDEO - FOTO

«Ferrari»nin yeni modelini izləmək üçün mütləq qulaqcıq taxıb bu səsi hiss etmək lazımdır. Avtosfer.az bildirir ki, «Ferrari»nin yeni modelində bir çox dəyişiklər ürəkaçandır. Silindir sayı az olsa da, hibrid sistemi bu boşluğu asanlıqla doldura bilir. «Ferrari» şirəkəti zəmanət verir ki, bu mühərrik 296 GTB markasının istehsal etdiyi ən güclü yol avtomobili statusu qazanması üçün kifayətdir. Benzin mühərriki tək başına 663 at gücü hasil edə bilən bu canavar elektrikli mühərrikinin dəstəyi ilə 830 at gücünə çatır. Elektrik dəstəyi sayəsində 0-100 km/saat sürətlənməni cəmi 2.9 saniyəyə tamamlayan modelin 200 km/saata çatması üçün isə 7.3 saniyə vaxt sərf edilir. SF90 Stradale və Roma kimi modellərdə gördüyümüz 8 pilləli cüt debriyajlı sürət qutusuna sahib olan 296 GTB-nin elektrikli nəticələri də diqqətəlayiqdir. Avtomobil tamamilə elektrikli rejimdə 25 kilometr məsafəyə qət edə bilir. Elektrikli avtomobillərin həyatımıza girməsi ilə performans modellərində çəki artımı ilə bağlı müəyyən narahatlıqlar yaşansa da, italyan markası 296 GTB'nin quru çəkisinin 1470 kiloqram olduğunu açıqlayıb. Əlbəttə ki, bu cür çəki six şəkildə karbonfiber istifadəsi sayəsində əldə edilib.
Aysel
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA















