Yeni "Lincoln Zephyr" sedanı debüt edib
Quançjouda keçirilən avtosalonda Lincoln şirkəti yeni Zephyr sedanını təqdim edib. Yeni sedan Ford şirkətinin Kaliforniya bölməsinin mütəxəssislərinin iştirakı ilə Çindəki elmi-texniki mərkəzi tərəfindən xüsusi olaraq Çin bazarı üçün yaradılıb.
Xatırladaq ki, 1936-1942-ci illər arasında buraxılmış “kiçik” Lincoln modeli belə adlanırdı. Zephyr modeli 2005-ci ildə geri qayıtmış və bir il sonra MKZ adlandırılmışdı. Artıq Zephyr modeli üçüncü dəfə yenidən canlandırılıb. Üstəlik, bu, Changan Ford birgə müəssisəsində buraxılacaq ilk Lincoln modeli olacaqdır.
Avtomobil Focus modelinin uzadılmış platformasında inşa edilmişdir. Bu platforma köndələn yerləşən mühərrikin, ön ötürmənin, öndə McPherson dayaqlarının, arxada isə çoxqollu asqının mövcudluğunu nəzərdə tutur.
Sedanın uzunluğu 4982 millimetr, eni - 1865 millimetr, hündürlüyü - 1485 millimetr, oxlar arasındakı məsafə isə 2930 mllimetrdir. Seriya versiyanın dizaynı peyda olan yan güzgülər istisna olmaqla tamamilə Zephyr Reflection konseptini xatırladır.
Zephyr modelinin ön tərəfinin iki tərtibat varinatına malikdir: “idman” tərtibatı başqa formalı hava girişləri olan ön bamperi ilə seçilir. Radiator barmaqlığındakı zolaq və emblem LED işıqlandırmaya malikdirlər. Sedanın interyeri Ford Evos kross-liftbeki ilə unifikasiya edilmişdir.
Zephyr sedanın salonunda da 12,3-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 27-düymülk sensorlu ekranı quraşdırılır. İkiqollu sükan çarxı sensorlu düymələrə malikdir, 8-pilləli “avtomat” ön paneldəki düymələr vasitəsi ilə idarə olunur. Sedan alternativsiz 246 at qüvvəli 2,0-litrlik EcoBoost dördsilindrli turbomühərrik ilə təchiz edilir.
Gələcəkdə modelin mühərrik çeşidində qoşulan hibrid güc qurğusunun da peyda olacağı gözlənilir. Sedan yerindən 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Sedanın təchizatına ikinci səviyyə avtonomluğa malik olan CoPilot-350 avtopilotu daxildir. Yeni Lincoln Zephyr sedanın Çindəki satışları 2022-ci ilin birinci rübündə başlayacaqdır. Sedanın qiymətləri 40-54 min dollar arasında olacaqdır. Yeni Lincoln başqa bazarlarda satılmayacaqdır.
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI










