Yeni nəsil "Jeep Wrangler" üçün yarımqapılar təklif edilir - FOTO

Standart olaraq Jeep Wrangler ofrouderi metal pəncərə çərçivələri və elektrik şüşəqaldıranları olan tam ölçülü yan qapılarla təchiz edilir. Əlbəttə ki, belə qapıları qanuni şəkildə sökmək olar, amma açıq məkan hissini artırmaq istəyənlər və qapıların tam olması ilə razılaşmayan şəxslər üçün şirkət sözdə half doors adlandırılan yarımqapıları təklif edir. Əvvəlki Wrangler modelində də belə opsiya var idi, lakin 2017-ci ilin modeli üçün yarımqapılar opsiyalar siyahısında yalnız indi peyda olublar.
Belə qapıların yuxarı hissəsi yoxdur və "pəncərə xətti" baqaj bölümünün bortları ilə eyni səviyyəyə endirilib. Petlə, elektrik girişləri və digər bağlayıcılar standart qapılarla eynidır. Daxili tutacaqların yerinə dəri qayışlar quraşdırılır və pis hava şəraitində yarımqapıları plastik pəncərələri olan vinil və ya akrildən (tentlə eyni materialdan hazırlanır) kilidlənən çərçivələr ilə tamamlamaq olar.
Yarımqapılar Mopar şöbəsi tərəfindən hazırlanır və opsional Dual Door Group firma paketə daxildir. Bu, Wrangler modelinin həmişə zavoddan standart qapılarla çıxdığını, yarımqapıların isə, müstəqil şəkildə quraşdırmaq üçün aksesuar şəklində təklif olunduğunu göstərir. ABŞ-da belə paketin qiyməti ikiqapılı qısabazalı Wrangler üçün 2350 dollardan, dördqapılı uzunbazalı versiya üçün 3995 dollardan başlayır.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək














