Yeni nəsil Jeep Wrangler üçün yarımqapılar təklif edilir - FOTO

Standart olaraq Jeep Wrangler ofrouderi metal pəncərə çərçivələri və elektrik şüşəqaldıranları olan tam ölçülü yan qapılarla təchiz edilir. Əlbəttə ki, belə qapıları qanuni şəkildə sökmək olar, amma açıq məkan hissini artırmaq istəyənlər və qapıların tam olması ilə razılaşmayan şəxslər üçün şirkət sözdə half doors adlandırılan yarımqapıları təklif edir. Əvvəlki Wrangler modelində də belə opsiya var idi, lakin 2017-ci ilin modeli üçün yarımqapılar opsiyalar siyahısında yalnız indi peyda olublar.
Belə qapıların yuxarı hissəsi yoxdur və "pəncərə xətti" baqaj bölümünün bortları ilə eyni səviyyəyə endirilib. Petlə, elektrik girişləri və digər bağlayıcılar standart qapılarla eynidır. Daxili tutacaqların yerinə dəri qayışlar quraşdırılır və pis hava şəraitində yarımqapıları plastik pəncərələri olan vinil və ya akrildən (tentlə eyni materialdan hazırlanır) kilidlənən çərçivələr ilə tamamlamaq olar.
Yarımqapılar Mopar şöbəsi tərəfindən hazırlanır və opsional Dual Door Group firma paketə daxildir. Bu, Wrangler modelinin həmişə zavoddan standart qapılarla çıxdığını, yarımqapıların isə, müstəqil şəkildə quraşdırmaq üçün aksesuar şəklində təklif olunduğunu göstərir. ABŞ-da belə paketin qiyməti ikiqapılı qısabazalı Wrangler üçün 2350 dollardan, dördqapılı uzunbazalı versiya üçün 3995 dollardan başlayır./Autograph
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI











