Yeni nəsil Range Rover modelinin debüt tarixi açıqlanıb

Land Rover şirkəti 26 oktyabr tarixində Range Rover modelinin yeni nəslini təqdim edəcəyini bildirib. Təqdimatın anonsu ilə birlikdə yeni modelin ilk təsviri də dərc edilib, lakin bu təsvirdə nəyi isə görmək qeyri-mümkündür. Lakin bir məsələ dəqiqdir – avtomobilin dizaynında inqilabi yenilik olmayacaq!
Cari Range Rover ofrouderi, bu modelin 2012-ci ildə Paris avtosalonunda debüt etmiş dördüncü nəslidir. Ofrouder 2017-ci ildə yenilənmişdir. Şayiələrə görə, Range Rover modelinin növbəti nəsli Modular Longitudal Architecture (MLA) modul platformasında inşa ediləcəkdir. Jaguar şirkəti ilə birlikdə hazırlanmış platforma müxtəlif dərəcəli elektrikləşdirməyə malik olan güc qurğularının quraşdırılmasına imkan verir. Görünən odur ki, ofrouder ümumi nisbətlərini qoruyub saxlayacaq və daha çox Velar modelinə bənzəyəcəkdir.
Yeni Range Rover ingilis markasının texnoloji flaqmanı royunu oynayacaqdır. Dəbdəbə və zənginliyinə görə, yeni ofrouder Bentley Bentayga və Rolls-Royce Cullinan modellərinə yaxınlaşacaqdır. Model çeşidində hibrid versiyalar da olacaqdır. Bununla belə, tam elektrik versiyasının buraxılacağı da istisna edilmir. Sonuncu variant dolu batareya ilə 480 kilometrə qədər məsafə qət etməlidir. ///Autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












