Yeni Peugeot 308 modelinin şəkilləri yayılıb - FOTO

Paparazzilər yeni Peugeot 308 modelini eksteryer dizaynını açıqlayıblar. Fransız şirkətinin hetçbekini avtomobil daşıyıcısına yükləyən zaman tutulub - sürücü örtüyü açmalı olub və həmin an casuslar yeni modeli çəkiblər. Çox güman ki, üçüncü nəsil 308 modelinin debütü baharda keçiriləcəkdir.
Yeni Peugeot 308 modeli fransız markasının dəyişdirilmiş loqotipə sahib olan ilk avtomobildir, lakin bu tək yenilik deyil: hetçbek gündüz işığının uzun “dişləri” olan nazik formalı ön fənərləri ilə fərqlənir.
Maraqlıdır ki, Peugeot dizaynerləri emblemi ön qanadlarda təkrarlamağa qərar veriblər, sensorlar və lidarları isə qeyri-adi tərtibatı olan radiator barmaqlığında gizləndiblər - çox güman ki, bu parlaq detal bütün yeni Peugeot avtomobillərinin əlamətdar xüsusiyyətinə çevriləcəkdir.
Növbəti Peugeot 308 modelinin elektrikləşdirilmiş EMP2 modul platformasında inşa ediləcəyi gözlənilir. Bu, yeni modelin Puretech benzin və BlueHDi dizel mühərrikləri ilə yanaşı, yeni modelin kapotunun altında güclü hibrid güc qurğuları da quraşdırılacaqdır. Ayrıca, tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn Peugeot e-308 modelinin debüt edəcəyi də istisna olunmur.
Peugeot 308 hetçbekinin debütünün yaxın həftələrdə baş tutacağı ehtimal olunur, çünki yeni hetçbek tamamlanmış kimi görünür. Bir qədər sonra isə, fransız istehsalçısı 308 SW universalını buraxacaqdır. Bundan başqa, modelin kross-versiyasını hazırlanacağı barədə də şayiələr dolaşır.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO













