Yeni Porsche hiperkarı 2025-ci ildə debüt edə bilər - FOTO

Porsche şirkətinin rəhbəri Oliver Blyum, Porsche 918 Spyder modelinin davamçısı olacaq yeni hiperkarın 2025-ci ildən əvvəl işıq üzü görməyəcəyini bildirib. Top menecer hiperkarın yaradılmasının əsas məqsəd olmadığını söyləyib.
“Autocar” nəşrinin bildirdiyinə görə, Porsche şirkətinin son bir ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş illik konfransda Oliver Blyum, Porsche 918 Spyder superhibridinin davamçısının yaradılmasının hələ də aktual olduğunu, lakin bunun 2025-ci ilə qədər baş verməyəcəyini söyləyib - çünki bu günə alman markasının başqa prioritetləri var.
2019-cu ildə keçirilmiş Cenevrə avtosalonunda top menecer yeni hiperkarın yaradılması perspektivləri barədə eyni sözləri demişdi, amma sonra bunu batareya texnologiyalarının hələ də Porsche şirkətinin tələblərini təmin edəcək səviyyəyə çatmaması ilə əlaqələndirmişdi.
İndi isə, Blyumun sözlərinə görə, alman markası model çeşidinin elektrikləşdirilməsinə istiqamətlənib və 2021-ci ildə həm satılan avtomobillərin sayı, həm də əməliyyat mənfəəti üzrə yeni rekord əldə etmək niyyətidədir.
Ultrabahalı hiperkarın isə hər iki məqsədlə heç bir əlaqəsi yoxdur, buna görə də onu dörd - beş il ərzində gözləmək lazım olacaqdır. 918 Spyder modelinin davamçısının hibrid və ya elektrokar olacağı hələlik məlum deyil. Porsche superhibridinin son, 918-ci nüsxəsi, 2015-ci ilin yayında buraxılıb. Qeyd etmək lazımdır ki, superhibridin bütün tirajı 2014-cü ildə tamamilə satılmışdı./autograph
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO











