Yeni "Range Rover" modelinin ilk videogörüntüsü yayılıb - VİDEO

Yeni Range Rover modelinin ilk videogörüntüləri yayımlanıb - Cochespias portalı avtomobilin arxa qapısının açılış kinematikasının, habelə eksteryer və interyerinin nümayiş etdirildiyi videoçarxı dərc edib. Videodan göründüyü kimi, avtomobilin rəsmi təqdimatının bir hissəsi açıqlanıb. Xatırladaq ki, yeni Range Rover modelinin rəsmi təqdimatı 26 oktyabr tarixində keçiriləcəkdir.
Əslində yeni Range Rover modelinin eksteryer və interyer dizaynı artıq sirr deyil. Bir neçə gün bundan əvvəl, yeni ofrouderin eksteryer və interyer şəkilləri saytımızda dərc olunmuşdu. Videoçarxdan göründüyü kimi, mühəndislər açılan bortu olan iki hissəli arxa qapıdan imtina etməyiblər. Üstəlik, qapının yuxarı hissəsi əvvəlki kimi aşağı hissəsinin üstünə enərək onu “gizlədir”. Nazik arxa fənərlər də iki hissədən ibarətdirlər.
Ofrouderin interyeri isə, yenidən işlənilmiş ön panel, yeni sükan çarxı və Pivi Pro multimedia sisteminin böyük bir ekranı sayəsində başqa şəkil alıb. Transmissiyanın idarə edilməsinə artıq irəli çıxan "şayba" deyil, Audi üslubunda kiçik bir selektor cavabdehdir.
Yeni Range Rover modelininin modifikasiyaları ilə bağlı bəzi məlumatlar da sızdırılıb. Modelin baza versiyası 250 at qüvvəli Ingenium dizel mühərriki ilə təchiz edilmiş D250 versiyası olacaqdır. Onun ardınca D300, D350 dizel versiyaları, həmçinin elektrik şəbəkəsindən enerji doldurmaq imkanı olan P400e və P500e hibridləri yerləşəcəkdirlər. Modifikasiya çeşidinin zirvəsindəki yer P530 versiyası üçün ehtiyatda saxlanılıb. Belə ofrouder V8 mühərriki alacaq və uzunbazalı versiyada 173.700 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










