Yenilənmiş BMW X3 modelinin şəkilləri yayıldı - FOTO

Yenilənmiş BMW X3 krossoverinin şəkilləri Çinin Sənaye və İnformasiya Nazirliyinin saytında peyda olub. Dəyişikliklər çox deyil və onların hamısı lokal xarakter daşıyır: fərqlər radiator barmaqlığı, bamperlər, ön və arxa işıq texnikasındadır.
Yenilənmiş BMW X3 modelini radiator barmaqlığı sayəsində ayırd etmək olar: "burunların" hər iki hissəsi daha düzbucaqlı hala gəlib və son modellərdə olduğu kimi mərkəzi zolaqla birləşdirilir. Ön və arxa fənərlər də dəyişib, üstəlik, işıq texnikası qara içliyə sahib olub. Bamperlər fərqli şəkildə tərtib ediblər, arxa hissədə isə ön qanadlardakı “qəlsəmələri” təkrarlayan yalançı hava kanalları peyda olublar.
İnteryerin şəkilləri hələlik dərc edilməyib. Ancaq Çində satılan X3 modelinin əvvəlki kimi 2,0-litrlik benzin turbomühərriki, səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz ediləcəyi məlumdur.
Hazırda Səma İmperiyasında BMW X3 modelinin xDrive 25i (184 at qüvvəsi və 290 Nm), xDrive 28i (224 at qüvvəsi və 310 Nm) və xDrive 30i (252 at qüvvəsi və 350 Nm) versiyaları satışdadırlar. Krossoverin qiyməti 389 800 yuandan başlayır. Yerli bazar üçün krossoverləri Şenyandakı BMW Brilliance birgə müəssisəsi buraxacaqdır./autograph
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək













