Xırdalanda reyd keçirilib, ümumilikdə 400 sürücü cərimələnib - VİDEO

Avtoreyd 15 Aprel 2022 22:25 Oxunub 2474
Xırdalanda reyd keçirilib, ümumilikdə 400 sürücü cərimələnib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reydin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobillərini yol kənarında düzgün park etməyən sürücülərin məsuliyyətə cəlb edilməsi istiqamətində olub. Qaydaları pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilib, bununla yanaşı parklanma yerlərində avtomobillərini düzgün saxlamayan sürücülərlə maarifləndirici söhbətlər aparılıb. 

Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Xaliq Cabbarovun sözlərinə görə, ayın 1-dən bu günə qədər Abşeron rayonu ərazisində dayanma-durma və parklanma qaydasını pozan 400-ə yaxın sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh