Narkotik qəbul edərək "07" ilə "avtoşluq" edən narkomanlar tutuldu - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücülər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Mahamalar kəndində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol-hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Lakin o, əmrə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra sürücü və sərnişinlərin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan həmin şəxslər polis şöbəsinə gətiriliblər.
Sürücü, Balakən şəhər sakini Əli Məcidov, sərnişinlər Əli Paçalov və Tacəddin Dibirov tibbi müayinədən keçirildikdən sonra onların hər üçünün heroin qəbul etdiyi müəyyən olunub. Saxlanılan şəxslər də ifadələrində əməllərini etiraf ediblər.
Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitənin təsiri altında sükan arxasına əyləşib, piyadaların həyatı üçün təhlükə saçan Mahamalar kənd sakini Abdulla Osmanov istifadəsində olan “Opel” markalı avtomobillə birgə saxlanılıb. Tibbi müayinədən keçirilən həmin sürücünün narkotik vasitə -marixuana qəbul etdiyi məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.




Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











