Bakıda 100 minlik maşınla kiçik qayda pozuntusu - böyük qəza – REAL VİDEO

Bakıda bahalı avtomobil idarə edən sürücünün yol verdiyi kiçik qayda pozuntusu ağır qəzaya səbəb olub. Avtosfer.az-ın məlumatına görə, «Audi-Q7» markalı avtomobilin sürücüsü nizamlanmayan yolayrıcına daxil olarkən sağdan hərəkət edən «Hyundai» markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib. Hadisə anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kamerası vasitəsilə qeydə alınıb. Videodan da göründüyü kimi, burada yolayrıcı nizamlanmır. «Audi»nin gəldiyi yolda «Stop» nişanı var ki, bu da «dayanmadan keçmək qadağandır» xəbərdarlığını bildirir. Lakin bahalı avtomobilin sürücüsü bu nişana əhəmiyyət vermədən hərəkəti davam etdirir və sağdan gələn avtomobillə toqquşma baş verir. Bir zərbə ilə «Auidi»nin buferi yerindən qopur, ön tərəfi əzilir. «Hyundai» markalı avtomobilə də ciddi ziyan dəyir.
Həmin qəzanın videosunu təqdim edirik:
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











