Bakıda ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirilib - FOTO
Avtoreyd
18 Avqust 2021 17:15
Oxunub 1634
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu ərazisində, o cümlədən metronun "Memar Əcəmi" stansiyasının həndəvərində maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıb.
Həmin şəxslərə maskadan düzgün istifadə qaydaları haqda məlumatlar verilib.
Reyd çərçivəsində pandemiya qaydalarını pozan iki sahibkar cərimələnib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metroda, ictimai nəqliyyatda və qapalı məkanlarda maskadan istifadə məcburidir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR