Bakıda qadın sürücünün maşınını qatar belə vurub tulladı – REAL VİDEO

Ötən il oktyabrın 31-də Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını yəqin ki, xatırlayanlar var. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin «KİA» markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. «KİA»-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub. Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alaraq xəstəxanaya düşüblər.
Bu gün isə Avtosfer.az həmin qəzanın videosunu təqdim edir. Videodan da aydın şəkildə görünür ki, qatar yaxınlaşarkən avtomobil relsin üstündə dayanıb gözləyir. Qatar da onu bir zərbəylə vurub kənara atır.
Xoşbəxtlikdək avtomobil bir az öndə deyildi. Belə olsaydı, qatar onu sürüyüb əzərdi və daha ağır nəticəsi olardı. Görünür, xanım sürücü qatarın yaxınlaşdığını gördükdə qorxudan maşını relslərin üstündə dayandırıbmış.
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntüləri təqdim edirik:
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











