«Baku Bus»un avtobusunda hoqqabazlıq edən sərnişinin VİDEOsu - YENİLƏNİB

Bakıda «Baku Bus» MMC-nin avtobusunda hoqqabazlıq edən sərnişinin videosu yayılıb. MMC-dən Avtosfer.az-a göndərilən videodan məlum olur ki, gənc sərnişin tıxacda dayanmış avtobusun qəza düyməsini basıb. Bu zaman arxa qapı dərhal açılıb. Sərnişin bu hərəkətindən məmnunmuş kimi ətrafdakılara baxıb gülümsəyir. Digər sərnişinlər arasında ona qəzəblə baxanlar olsa da, heç kim irad bildirmir. Əksinə, bəzi sərnişinlər yaranmış vəziyyətdən istifadə edərək avtobusun açıq qapısından düşüb gedirlər.
Tıxac bitdikdən sonra isə avtobusun hərəkəti mümkünsüz olub. Sürücü məcburən gəlib qapıları özü bağlayır. Bundan sonra avtobus hərəkəti davam etdirə bilir.
Həmin görüntüləri təqdim edirik:
***
Avtobusda qəza düyməsini basan Əyyub Qənbərzadə bu gün Avtosfer.az-a əlaqə saxlayaraq barəsində yazılanlara cavab verib. O bildirib ki, həmin gün avtobusda hansı hadisənin baş verdiyi açıqlanmır: «Pəncərələr bağlı, soyuducu sistem işləmir. İki qızın vəziyyəti pisləşib, söyüşün biri bir qəpikdən. Ona görə də, insanlar qapını açdı və iki qızı marşurutdan çıxardıq. İnsanlar həmin gün avtobus sürücüsünü az qala döyürdülər. Orada qarşıdakı kameranın görüntülərində hər şey var».
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











