Balakəndə yol polisi reyd keçirib - FOTO
Avtoreyd
23 İyul 2021 18:49

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən, digər qayda pozuntularına yol verən şəxslərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb.
Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Aparılan izahedici söhbətlərə və xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbirləri görülüb.
Yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı da nəzarət-profilaktik tədbir keçirib. Onların barəsində cərimə protokolu tərtib olunub.


Oxunub 2952
DİGƏR XƏBƏRLƏR
5 Noyabr 2025 18:30
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
15 İyul 2025 18:54
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
13 May 2025 11:30
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
14 Avqust 2024 12:00
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
16 İyul 2024 09:08
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
10 İyul 2024 14:17
Yeni sürətli sedan təqdim ediləcək
15 May 2024 18:45
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
15 May 2024 17:23
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
28 Mart 2024 17:45
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
9 Mart 2024 22:07
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
26 İyul 2023 10:09
Masallıda toy karvanında "avtoşluq" edənlər tutuldu - FOTO
24 İyul 2023 23:19
Avtomobillərin hərəkətinə nəzarət üçün yol ayrıclarında xüsusi mikrofonlar quraşdırılacaq
ŞƏRH YAZ











