Bardan çıxan gənclər qəza törətdi, ölənlər var - VİDEO

Türkiyədə dəhşətli yol qəzası baş verib. Metrobusla minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, qəza İstanbulun Kadıköy adlanan ərazisində qeydə alınıb. Minik maşının sürücüsü Kadıköydə polis postundakı yoxlamadan qaçmaq istəyərkən içində sərnişinlər olan metrobusun yoluna çıxıb. Bu vaxt qəzadan qaçmaq istəyən metrobusun sürücüsü avtomobili yolun kənarına çəkmək istəyərkən dəmir arakəsmələrə girib. Elə bu zaman qarşıdan sürətlə gələn minik avtomobili metrobusla toqquşub.Qəza o qədər şiddətli olub ki, hər iki avtomobil bir müddət sürüşərək yoldan xeyli kənarda dayana biliblər.
Hadisə nəticəsində minik avtomobilində olan 6 nəfərdən 5-i qəza yerindəcə dünyasını dəyişib. Minik maşınında olan bir qadın, metrobusun sürücüsü və sərnişin daşıyan metrobusda olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıblar.Əraziyə gələn Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən cəsədlər avtomobildən çıxarılıb.
Polisin ilkin araşdırması zamanı Kadıköydə bir barda əylənən gənclərin polisə yaxalanmamaq üçün belə bir yola əl atdıqları müəyyən edilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











