Biləsuvarda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib

Avtoreyd 10 Avqust 2021 12:36 Oxunub 1332
Biləsuvarda təhlükəsizlik kəmərindən istifadə etməyən  sürücülər cərimələnib
WhatsApp kanalı|

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh