Binəqədidə "avtoş" sürücü yaxalandı - Məhkəmə 20 gün həbs verdi - VİDEO

Martın 29-da Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə profilaktik və maarifləndimə tədbiri keçirilib. Şöbə əməkdaşları tərəfindən kobud qayda pozuntusuna yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, piyada keçidindən istifadə etməyən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər müəyyən edilib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başladı. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb. Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küşələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO



















