Bir videoda 3 qayda pozuntusu, 1 ağır qəza – REAL VİDEO

Avosfer.az Bakıda baş vermiş yol qəzalarından daha birinin videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan bu videoda ən azı 3 kobud qayda pozuntusu və 1 qəza görüntüsü var. Qayda pozuntularından ikisi iki bahalı avtomobilin gecə yarısı yarışa çıxması və svetoforun qırmızı işığından keçməsini əks etdirir. Yçüncü qayda pozuntusu isə sol zolaqla hərəkət edən avtomobilin qarşı yola keçməsi və svetoforda yaşıl işıqda hərəkət başlayan anda üçüncü zolaqdan qəflətən sağa dönməyə çalışmasıdır. Elə bu qayda pozuntusu da ağır qəzaya səbəb olur. Düzünə hərəkət edən ağ rəngli avtomobil sağa dönməyə çalışan avtomobillə burun-buruna gəlir. Toqquşma nəticəsində idarəetməni itirən ağ rəngli avtomobil səkiyə dırmanıb dayanır. Qəzadan sonra başqa avtomobillərin sürücülərinin guya köməyə gəlirmiş kimi yolu bağlaması isə lap biabırçılıqdır. Çox güman ki, onların əksəriyyəti kömək barədə düşünmürlər, sadəcə, tamaşaya yığılıblar…
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











