Dünyada ən çox yol qəzası bu qitədə olur - FOTO
Dünya Bankının statistikasına görə, hər il dünyada 1,4 milyonadək insan yol qəzalarında həlak olur. Qəzada xəsarət alanların sayı ilə görə 30-50 milyon arasında dəyişir. Qəzaların ən çox baş verdiyi qitə isə Afrikadır.
Burada ilk baxışda bir tərs mütənasiblik var.
Avtosfer.az-ın Avropa mətbuatına istinadla xəbərinə görə, hər il qara qitədə yol qəzaları nəticəsində azı 330 min nəfər ölür. Başqa sözlə, dünya üzrə yol qəzalarında ölümlərin 25%-dən çoxu bu qitənin payına düşür. Halbuki dünya avtomobil parkının cəmi 2%-i, əhalisinin isə 17%-i buranın payına düşür. Afrikada yol qəzalarında ölənlərin sayı vərəm, QİÇS və diarreyadan ölənlərin ümumi sayını üstələyir.
Ölümlərin ən çoxu isə Cənubi Afrika Respublikasının payına düşür – ildə azı 14 000 nəfər.
Səbələrə gəlincə: Afrikalı mütəxəssislərin fikrincə, qəzaların başlıca səbəbləri qaydalara əməl etməmə, alkoqol və ya narkotik sərxoşluğu, yüksək sürət, mobil telefon, yorğunluq və kəmər taxmamaqdır. Bütün qəzaların 90%-dən çoxunda insan amili və yol hərəkəti qanunvericiliyinin tələblərinin pozulması dayanır.
Tanış mənzərədir, deyilmi?
Vüqar