DYP Şabranda qayda pozan sürücülərə qarşı reyd keçirdi - FOTO

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə profilaktiki tədbirlər həyata keçirilib. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də işıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparıblar.
Həmçinin tədbirlər zamanı qaydaları pozan moped və velosiped sürücüləri də saxlanılıb. Onlara təyin olunmuş qaydalara ciddi riayət etmələri və özlərinin sağlamlıqları üçün mütləq qaydada dəbilqədən istifadə etmələri tapşırılıb.
Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, qaydaları yenidən pozan sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
















