Ən təhlükəli üç sürücü bir arada – Ölümlə rəqs edirlər - VİDEO

Avtobusların və kommersiya təyinatlı yük avtomobillərinin sürücüləri öz intizamsızlıqları ilə hər zaman seçilirlər. Özü də belə məlum olur ki, bu təkcə bizim ölkədə yox, dünyanın bəzi başqa yerlərində də belədir.
Avtosfer.az-ın məlumatına görə, Rusiyada qeydə alınmış bu videoda 3 super intizamsız sürücü bir araya gəlir. Avtobus sürücüsü heç kəsə məhəl qoymadan sürətlənmə zolağı ilə əsas yola daxil olur. Kiçik yük furqonunun sürücüsü, sağa dönməyə hazırlaşır, amma o da başqalarını nəzərə almır. Nəhəng avtoqatarın sürücüsü isə lap ağ eləyir. O, özünü Formula-1 pilotu kimi apararaq nə yol şəraitini, nə də yolların birləşmə yeri olmasını nəzərə alır. Yüksək sürətlə, özü də ara məsafəsi saxlamadan şütüyür. Amma son anda bəxti gətirir: möcüzəvi manevrlə ağır qəzadan yan keçə bilir. Lakin bu möcüzəvi manevr heç də onun ustalığına dəlalət etmir, çünki sürücü hər şey sovuşandan sonra özünü tam itirərək avtoqatarı yolun ortasında tam dayandırır.
Fərid
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











