Gədəbəydə dayanma-durma qaydalarını pozan sürücülər cərimələndi - FOTO
Avtoreyd 24 May 2021 22:22 Oxunub 1004
Gədəbəydə dayanma-durma qaydalarını pozan sürücülər cərimələndi  - FOTO

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh