İnsan həyatı və sağlamlığı təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstündür - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ucar, Ağdaş və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirməsi, dövlət qeydiyyatdan keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması məqsədi ilə Dəliquşçu, Gödəkqobu və Gəlmə kəndlərində növbəti reydlər təşkil edib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı xeyli nəqliyyat vasitələri saxlanılmış, bir neçə nəqliyyat vasitəsinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə (xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması, konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklərin olmaması) müvafiq olmaması və qanunvericiliyin tələblərinə uyğun olmayan digər hallar aşkar edilib. Belə texnikaların istismarının təcili dayandırılması tələb olunub.
Texniki baxışa təqdim olmayan 2 ədəd texnika mülkiyyətçilərinə “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən inzibati protokol tətbiq edilib.
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyünə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyünə önəm verilməli, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafeləri təmin olunmalı və bir vətəndaş olaraq belə texnikaların əsaslı təmir edilmədən istismarından könüllü olaraq imtina edilməlidir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













