İsmayıllıda qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb edilib - FOTO

Avtoreyd 22 Avqust 2021 19:13 Oxunub 1780
İsmayıllıda qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif yerlərində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların barəsində cərimə protokolları tərtib olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh