Kənd təsərrüfatı texnikası sürənlərin nəzərinə: reydlər başladı - FOTO

Bu günlərdə Şəki, Qax Zaqatala rayonlarında Aqrar Xidmətlər Agentliyinin Texniki Nəzarətin Təşkili sektorunun əməkdaşları tərəfindən reydlər keçirilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, məqsəd dövlət qeydiyyatından, texniki baxışdan yayınmış traktor və digər mexaniki nəqliyyat vasitələrini aşkarlamaq və müvafiq tədbirlər görməkdir.
Tədbirlər zamanı inzibati xəta törətmiş xeyli sayda nəqliyyat vasitəsi saxlanılıb, mexanizatorlara İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsinə müvafiq protokollar tərtib olunub.
Hazırda kənd təsərrüfatı sahəsində mövsümi işlərin daha da çoxaldığını nəzərə alsaq qayda pozanların sayında artım qeydə alınıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi texnika sahibləri və sürücülərinə bir daha xəbərdarlıq edir. Sürücülük vəsiqəsi və ya uyğun kateqoriyası olmadan nəqliyyat vasitəsini idarə etmək, dövlət qeydiyyatına alınmayan, texniki baxışdan keçməyən texnikanın istismarı qadağandır. Əks halda qayda pozanlarla qarşı daha ciddi və mütəmadi mübarizə aparılacaq. Agentlik intizamlı texnika sahiblərinə və sürücülərə təşəkkür də edib.
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO














