Kürdəmirdə reyd keçirilib, onlarla sürücü cərimələnib - VİDEO

Kürdəmir rayonunda “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçrilib. Səbəb son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinin istismarının atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərməsidir.
Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının birgə keçirdiyi reyd qanunvericiliyə uyğun olaraq tədbirlər görmək məqsədi daşıyır. Reyd həmçinin baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücülərlə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Tədbir çərçivəsində bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək təkrar yoxlama tələb ediblər. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və nəqliyyat vasitəsinə əlavə konstruksiya edən sürücülər də aşkarlanıb.
Reyd zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb və onlardan 50-yə yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











