Maska taxmayanlara qarşı reyd: Cərimələnənlər var - VİDEO

Avtoreyd 5 İyun 2020 00:15 Oxunub 2246
Maska taxmayanlara qarşı reyd: Cərimələnənlər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də xəbərdarlıq edilib

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə başlayıb. Baku TV xəbər verir ki, reyddə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də xəbərdarlıq edilib.

Reydlər mütəmadi olaraq keçiriləcək. Sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq qərar iki gün əvvəl qəbul olunub.

Qanuna əməl etməyən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh