Oğuzda reyd keçirildi, sürücülərə xəbərdarlıq olundu - FOTO

Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub.
Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb.
Həmçinin, bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub.
Ümumilikdə qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













