Ona yol verməyən sürücünü döymək istədi, özü döyüldü - VİDEO

Avtosfer.az Rusiyada baş vermiş maraqlı hadisənin videosunu təqdim edir. Sürücülük mədəniyyətindən xəbərsiz olan bir sürücünün hərəkəti sonda davaya səbəb olur. Davaya səbəb olan sürücü yolun sol zolağı ilə hərəkət edir, sağ zolaqda da maşınlar var və asta sürətlə gedirlər. Arxadan gələn avtomobilin sürücüsü nə qədər çalışsa da, qarşıdakı avtomobili ötə bilmir. Dəfələrlə təhlükəli vəziyyət yaranır, sağdan ötməyə də çalışır, amma alınmır. Nəhayət, birtəhər sağdan ötən sürücü bayaqdan ona yol verməyən avtomobilin qarşısını kəsir. Həmin avtomobilin sürücüsünə hücum çəkən qara rəngli avtomobilin sürücüsü gözlənilməz mənzərə ilə rastlaşır. O, döymək üçün hücuma keçdiyi halda döyülür. Dəfələrlə hücum etsə də, gücü çatmır və bayaqdan ona yol verməyən sürücü tərəfindən döyülür. Ətrafdakı insanların müdaxiləsindən sonra dava sakitləşir.
Maraqlısı odur ki, yolun solu ilə hərəkət edib arxadakı maşına yol verməyən sürücü bu vəziyyətdə özünü haqlı sayır…
Fuad
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











