“Porsche” sürən Cəbrayıl 7 avtomobili əzdi – VİDEO

Moskvada Krım körpüsündə 7 maşının iştirakı ilə qəza baş verib. Zəncirvari qəzanın səbəbkarı “Porsche Panamera” markalı avtomobilin sürücüsü olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza körpünün “Park kulturı” metrostansiyası istiqamətindəki çıxışında baş verib. İlkin məlumata əsasən, sürücü digər maşınları ötərək yüksək sürətlə hərəkət edib. “Toqquşma baş verib, bundan sonra avtomobillər əks istiqamət zolağına sıçrayıblar”, - paytaxtın hüquq-mühafizə orqanlarından agentliyə məlumat veriblər. Hazırda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları baş verən fakt üzrə yoxlama aparırlar. Qəzada üç nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilməyib. LifeNews-un məlumatına əsasən, qəzanın səbəbkarı Cəbrayıl A.-dır. Telekanalın məlumatına görə, o “Porsche”-nin sahibi deyil. Avtomobil biznesmen Lazer Balakərimova məxsusdur, LifeNews-dan olan mənbə dəqiqləşdirib. Nəşr əlavə edib ki, xəsarət alan iki nəfər – “Ford Focus”-un sürücüsü və “Chevrolet Lacetti”-nin sərnişinidir. Onlar xəstəxanaya çatdırılıblar, sonuncu beyin silkələnməsi, sınıq və əzik xəsarətləri alıb. Qəza noyabrın 3-də çərşənbə axşamı baş verib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











