Yol polisi və DANX qanunsuz sərnişindaşımalara qarşı reydlərə başladı - VİDEO

Avtoreyd 12 Oktyabr 2021 15:50 Oxunub 3428
Yol polisi və DANX qanunsuz sərnişindaşımalara qarşı reydlərə başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisi Qaradağ rayonu ərazisində yerləşən stosionar postda reyd keçirib. Avtosfer.az xəbər verir ki, əsas məqsəd qanunsuz sərnişindaşımaların qarşısını almaqdır. Həmçinin sürücülərin iş və istirahət rejiminə nəzarət etmək, təhlükəsizliyin təmin olunması prioritet istiqamət təşkil edir. Üç aylıq proqram çərçivəsində ölkənin bir çox ərazilərində bu cür reydlər təşkil olunacaq. 

Yol polisi və DANX sərnişinlərə müraciət edərək qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edib. Çünki bu sürücülər reysqabağı tibbi müayinədən keçmir, avtomobillər yoxlanılmır və sürücülərin iş və istirahət rejimi düzgün təyin olunmayıb. 

Bu isə əksər hallarda qəzalara səbəb olur. Təəssüf ki, bu qəzalarr nəticəsində ölüm halları da artır. Nəzarət olmadıqdda isə daha təlükəli vəziyyət yaranır. 

Qeyd edək ki, bununla bağlı qanunvericilikdə cəza tədbirləri də nəzərdə tutulur. 

Avtosfer.az bugünkü reyddən geniş reportaj hazırlayıb.

Videonu təqdim edirik:

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh