Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib - FOTO

Avtoreyd 6 Avqust 2021 14:12 Oxunub 1130
Qaxda dayanma-durma qaydalarını  pozan sürücülər cərimələnib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, həmin şəxslər barəsində cərimə protokolu tərtib edib.
 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh