Qaxda qaydaları pozan piyadalar məsuliyyətə cəlb edilib - FOTO

Avtoreyd 3 Avqust 2021 12:17 Oxunub 1590
Qaxda qaydaları pozan piyadalar məsuliyyətə cəlb edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədi ilə növbəti nəzarət-profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol verənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh