Rusiyada yol inşaatı da çökür - FOTO
Qərbin sanksiyaları ilə üzləşən Rusiya bir çox sahədə olduğu kimi yol tikintisində də çətinliklə üzləşib.
Avtosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu il üçün ölkədə yeni yolların tikintisi və təmirinə ayrılan büdcə azaldılıb. Bir çox layihə isə sadəcə olaraq təxirə salınıb və ya icra müddəti uzadılıb.
2022-ci ilin yayında layihələndirilməsinə qərar verilən “Meridian” ödənişli yolu ilə bağlı layihələndirmə işləri dayanıb. Yol Qazaxıstan sərhədindən Belarusadək uzanmalı idi. Yekaterinburqdan Krasnodara gedən Cənub yolunun tikintisinə ayrılan maliyyə 15 milyard rubldan 4 milyarda endirilib.
Bundan əlavə, hazır yollarda nəzərdə tutulan dəyişikliklər üçün maliyyə ayrılması dayandırılıb. Eyni hal lokal əhəmiyyətli yollara da aiddir.
Ölkədə yol tikintisinə vəsaitin azaldılması qiymətlərin yüksək sürətlə bahalaşdığı dövrdə baş verir. Hazırda yol tikintisi üçün büdcədən kənar vəsaitlər axtarılır.
Sonda qeyd edək ki, sanksiyalara görə Rusiyada yol tikintisi maşınlarının da istehsalı azalıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











