Sabunçuda polis maarifləndirici tədbir keçirdi: yerin təkindən istifadə qaydaları izah olundu - VİDEO

Bu gün Sabunçu rayon Polis İdarəsi və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları maarifləndirici tədbirlər həyata keçirib. Avtosfer.az xəbər verir ki, polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 243-cü maddəsinin tələblərinin pozulması hallarının aşkarlanması, o cümlədən maarifləndirici işlər aparıblar. Belə ki, qeyd olunan maddə "Yerin təkindən istifadə qaydalarının pozulması" hallarını özündə ehtiva edir. Polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq onlara qanunvericiliyin tələblərini izah ediblər. Bildirilib ki, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına, o cümlədən yerin təkindən istifadə edilərkən torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə görə inzibati məsuliyyət yaranır.
Qeyd edək ki, bu qaydaların pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Nərmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











