Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub - FOTO

Avtoreyd 16 May 2021 20:03 Oxunub 2116
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh