Traktor sürücülərinə qarşı reyd keçirilib: cərimə olunanlar var - FOTO

Aqrar Xidmətlər Agentliyinin, Şəki Texniki Nəzarətin Təşkili sektorunun təşkilatçılığı ilə Balakən və Zaqatala rayonların ərazilərində növbəti reyd keçirilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reydlər Balakən və Zaqatala rayonlarında Qaysa, Şərif, Qabagçöl, Sumaylı-Göyəm kəndləri ərazisində baş tutub. Tədbir zamanı 15 dən artıq texnika saxlanılıb. Saxlanılanlar arasında yol hərəkəti qaydalarına əməl etməyən, dövlət qeydiyyatına alınmayan, dövlət nömrə nişanı təyin olunan yerinə bərkidilməyən, sürücülük vəsiqəsi olmadan idarə edən və qoşqunun üzərində sərnişin daşıyan aşkar edilib. Sürücülərə kənd təsərrüfatı texnikasını istifadə zamanı istismar və təhlükəsizlik qaydalarına riayət etmək izah olunub və təlimatlar paylanılın. Qayda pozan 3 mexanizatora inzibati protokol tərtib olunub.
Aqrar Xidmətlər Agentliyi bir daha sürücülərə xəbərdarlıq edir ki, əgər istismar qaydaları pozularsa texnikaların istifadəsi qanuna müvafiq olaraq dayndırılacaq.
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO

















