Traktor sürücülərinə qarşı reyd keçirilib - FOTO - VİDEO
Bu gün koronavirus infeksiyasından qorunma qaydalarına riayət etməklə Aqrar Xidmətlər Agentliyinin və Abşeron rayon Texniki nəzarətin təşkili sektorunun əməkdaşları Abşeron və Binəqədi rayonları ərazisində reyd keçirib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı 50-dən çox mexaniki nəqliyyat vasitəsi saxlanılıb. Nəticə olaraq 3 sürücüyə inzibati protokol tərtib olunub. 15 ədəd texniki baxışdan yayınmış texnika aşkarlanaraq texniki baxışa cəlb edilib, 1 ədəd etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsindən istifadə edərək texnikanı idarə edən sürücü aşkarlanıb. Dövlət qeydiyyatına alınmış, lakin dövlət qeydiyyat nişanı gizlədilərək idarə edilən bir neçə texnika saxlanılıb və yerindəcə dövlət nömrə nişanı təyin olunan yerə bərkidilməsi təmin olunub. Reydlərin mütamadi keçirilməsinə baxmayaraq təəssüf ki, hələ də çox sayda qayda pozuntusuna rast gəlinir.
Aqrar Xidmətlər Agentliyi mexaniki nəqliyyat vasitələnin sahiblərindən və sürücülərindən müvafiq qanunvericiliyə riayət etmələrini tələb edir.
Orxan