Traktor və kombaynlarla bağlı reydlərə başlanılıb - FOTO

Bu il taxıl yığımı mövsümü ilə əlaqədar olaraq respublika ərazisində taxıl yığımının operativ, səmərəli və qısa müddətdə başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyi tabeliyindəki qurumlara müvafiq tapşırıqlar verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, ilkin mərhələdə biçinə hazırlıq müddətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq taxılyığan kombaynların mülkiyyətçilərinə (istifadəçilərinə) taxılyığan kombaynların təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimlər keçilib, taxılyığan kombaynların mülkiyyətçilərinin (istifadəçilərinin) bir hissəsinə təhlükəsizlik texnikası üzrə (yanğından təhlükəsizlik) təlimatlar təqdim edilib, taxılyığan kombaynların dövlət qeydiyyatına alınmasının və dövlət texniki baxışa təqdim edilməsinin fasiləsiz olaraq həyata keçirilməsi təmin edilib.
Artıq biçin mövsümü başlayıb. Bununla əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərin mülkiyyətində və istifadəsində olan dövlət qeydiyyatından yayınmış, dövlət texniki baxışından keçməmiş, dövlət qeydiyyat nişanının müəyyən olunmuş yerinə bərkidilmədən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmadan idarə edilən taxılyığan kombaynların və digər mexaniki nəqliyyat vasitələrinin istifadəsini qanuna müvafiq qaydada aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud razılığa əsasən rayonlarda birgə reydlər keçirilməsinə başlanılıb.
İlkin olaraq bu gün Kürdəmir rayonunda start verilən reyddə bir neçə qanun pozuntusu aşkarlanıb. Növbəti günlərdə digər rayonlarda da reydlər keçiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO















