Yol komandiri bələdiyyə sədrini belə «sındırdı» - VİDEO

Türkiyənin Bulancak Bələdiyəsinə aid yük maşını qanunda nəzərdə tutulandan daha artıq tonnajla yüklənib yola çıxaraq təhlükə yaratdığı üçün Jandarma yol qurupu tərəfindən saxlanılıb. Avtosfer.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunun insanları təhlükəyə atan bir hərəkət olduğunu bildirən Jandarma zabiti gözləmədiyi vəziyyətlə qarşılaşıb. Hadisə yerinə gələn Bulancak Bələdiyə başqanı, AKP-nin üzvü Rəcəp Yakar Jandarma zabitini təhqir edərək onu rüşvət almaqda ittiham edib. Yük avtomobilinin saxlanmasına etiraz edən bələdiyyə başqanının bu hərəkəti komandiri özündən çıxarmayıb və o, səbr nümayiş etdirərək başqanın cavabını qanuna əsaslanaraq verib. Zabit bütün baş verənləri kameraya çəkdirib, başqanın avtomobili olay yerindən aparmasına imkan verməyib. Ardınca isə prokurora zəng edərək hadisə barədə məlumat verəndən sonra bələdiyyə başqanı geri çəkilmək məcburiyyətinə qalıb.
Türkiyə mətbuatı bu olayı sərt şəkildə tənqid edib və zabitin səbrli, savadlı hərəkətini təqdir etməklə, bələdiyyə başqanını ona şər-böhtan atmasını pisləyiblər.
Həmin olayın videosunu təqdim edirik:
Fidan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











