Yol polisi Abşeronda nəzarət tədbirlərini gücləndirib - VİDEO

Pandemiya ilə əlaqədar avtobuslarda tibbi maskalardan istifadə edilməlidir. Lakin təəssüf ki, bəzi şəxslər tərəfindən bu qaydalara riayət edilmir. Bütün bunlar nəzərə alınaraq qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir. Abşeron rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən Xırdalan şəhərində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrin təyinatına uyğun şəkildə istifadəsinə dair reyd keçirilib.
Tədbir zamanı tibbi maskalardan istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparılıb. Yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumat verilib.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər Yol Polisi əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati-tənbeh tədbirləri görülüb.
Bundan başqa Yol Polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, piyada keçidindən deyil avtomobillərin hərəkət istiqaməti zamanı təhlükə yaradaraq nəzərdə tutulmayan yerdən keçən şəxslər barədə də tədbir görülüb. Yol Polisi əməkdaşları Xırdalan şəhəri ərazisində parklanma qaydalarına əməl etməyən sürücülər də müəyyən edib. Bu kimni reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











