Reklam

Yol polisi Bakıda geniş reyd keçirdi, görün kimlər saxlanıldı – VİDEO-FOTO

Avtoreyd 30 Mart 2019 15:29 Oxunub 11771
Yol polisi Bakıda geniş reyd keçirdi, görün kimlər saxlanıldı – VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Po bratskiy” saxlanılan və avtomobilldən düşməyib evakuatorla cərimə meydançasına gedən sərxoş sürücülər

Martın 29-da Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik və maarifləndimə tədbirləri keçirilib. Tədbir daxili işlərr naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə ictimai təhlükəsizliyi təmin etmək məqsədilə keçirilib.
Belə tədbirlər paytaxtın mərkəzi küçələri ilə yanaşı Pirallahı, Xəzər, Binəqədi və Sabunçu rayonlarında da baş tutub.Pirallahı rayonunda həyata keçirilən tədbir zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri söhbətlər aparılıb. Tədbir zamanı həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan nəqliyyat vasitələrinin sahibləri ilə də profilaktik söhbətlər aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib. 
Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb.Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib. 

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin ənməkdaşları tərəfindən də rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.
Sabunçu rayonunda keçirilən tədbir zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər də müəyyən edilib. Həmin piyadalara izah edilib ki, yol polisinin əsas məqsədi piyada keçidlərindən istifadə etməyən şəxsləri inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərinin aşılanmasından ibarətdir. Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib. 
Ötən gün ərzində Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları da kobud qayda pozuntusuna yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, piyada keçidindən istifadə etməyən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin müəyyən edilməsi istiqamətində profilaktik tədbir keçirilib. 
Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başladı. Daha sonra sürücü yol polisləri tərəfindən süni tıxacyaradılaraq saxlanıldı.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.
Tədbir zamanı Bakı şəhərinin mərkəzi küçələrində sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib.
Profilaktik tədbir zamanı “BMW-X5” markalı, 99 LC 904 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə edən və yol polsinin qanuni tələbinə tabe olmayan sürücülər saxlanılıb. Nərimanov rayonunda polisə tabesizlik göstərən belə sürücülərdən biri Məhəmməd Quliyevin avtomobili əraziyə çağırılan evakuator vasitəsi ilə müvəqqəti mühafizə olanan duracağa yerləşdirilib. Çünki o, yol polisini görən kimi maşını saxlayaraq sükan arxasından sağ oturacağa keçib və qapıları bağlayaraq polisləri aldatmağa çalışıb. Bir saat ərzində qapıları açmayan sürücünün avtomobilini elə özü də içərisində olmaqla evakuator cərimə meydançasına aparıb. 
Daha bir sürücüsü isə Ziya Bünyadov prospektində saxlanıldı. “Lexus” markalı, 10 KJ 110 dövlət nömrə nişanlı avtomobilin sürücüsü polisə tabe olmadığı üçün əraziyə PPX əməkdaşları çağrılıb. Bundan sonra tibbi müayinə məntəqəsinə aparılan sürücü qaçmağa çalışsa da, yol polisləri buna imkan verməyib. Onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb. Jurnalistlərə açıqlamasında isə deyib ki, polislər onu “po bratskiy” saxlayıblar.
Qeyd edək ki, ötən günkü tədbir zamanı paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub. Həmçinin avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər  görülüb. 
Qeyd edək ki,  sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra damütəmadi olaraq davam etdiriləcək.


Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh