Yol polisi reyd keçirib, xeyli sayda sürücü cərimələnib - FOTO

Mingəçevirdə nəqliyyatda daşımalara nəzarətin gücləndirilməsi məqsədilə keçirilən reyd zamanı 150-dən çox maşın saxlanılıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Dövlət Yol Polisi tərəfindən şəhərin Heydər Əliyev prospekti və ona bitişik küçələrdə reydin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən sürücülərin aşkarlanması olub. Həyata keçirilən tədbirlər nəticəsində yol polisi tərəfindən 150-dən çox avtomobil sürücüsü saxlanılaraq sənədlərə, sərnişin sıxlığına və yük daşıma qaydalarına, eləcə də sənədsiz daşımaların mövcud olub olmamasına baxış keçirilib. Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi Cəmşid Abbasovun ONA-ya bildirib ki, reyd zamanı 43 qayda pozucusu haqqında inzibati protokollar tərtib olunub. Yük daşıma qaydalarını pozduğuna görə 4, sərnişindaşıma qaydalarına riayət etmədiyi üçün 6, avtomobilini texniki baxışdan keçirməyən sürücülərə 4, xəttin tələbini pozan şəxslərə 12, tibbi-texniki müayinədən keçməyən 6 və digər qaydaları pozan 9 sürücü barəsində müvafiq hüquqi tədbirlər görülüb. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobilin sükanı arxasında əyləşən iki sürücü müəyyən edilib. Qayda pozuntusuna yol verən bir sıra yük maşınları cərimə meydançasına göndərilib. Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıq edilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO






















