Yol polisi sərnişindaşıma qaydalarını pozanları aşkarladı - VİDEO
Avtoreyd 28 Mart 2019 09:31 Oxunub 2670
Yol polisi sərnişindaşıma qaydalarını pozanları aşkarladı - VİDEO
10 sürücü barəsində inzibati protokol tərtib edilib

Yol polisi Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə Bakıdan-Sumqayıta və əksinə qanunsuz sərnişin daşıyan mikoravtobuslara qarşı təşkil edilən yoxlamalar zamanı xeyli qayda pozuntusu ortaya çıxıb. Reyd zamanı 15-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Bəzi sürücülərin sənədlərinin qaydasında olmadığı, bəzilərinin isə xətdən kənar sərnişin daşıdığı ortaya çıxıb.

Reyd zamanı sürücülər müxtəlif vasitələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

10 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh