Yol polisindən evakuasiya rekordu; maşını 2 dəqiqə 19 saniyəyə apardılar - VİDEO
Dekabrın 12-də, saat 16:28-də Bakının Neftçilər prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində - Muzey Mərkəzinin sağ tərəfində yol polisi dayanma-durma qaydasını pozan avtomobili evakuasiya edib. Avtosfer.az-ın əməkdaşları evakuasiya prosesini kameranın yaddaşına köçürərkən maraqlı mənzərə ortaya çıxıb. Belə ki, evakuasiya prosesini həyata keçirənlər rekorda imza ataraq 2 dəqiqə 19 saniyə ərzində avtomobili götürüb aparıblar.
İşin daha bir maraqlı tərəfi isə odur ki, Neftçilər prospekti ilə hərəkət edən 10 AP 731 dövlət nömrə nişanlı (949) evakuasiya avtomobilin sürücüsü Səməd Vurğun küçəsinə arxa-arxaya girib. Dayanma-durma qaydasını pozan avtomobili götürdükdən sonra isə əməkdaşlarımızın çəkiliş apardığını görərək elə həmin qaydada da Zərifə Əliyeva küçəsinə çıxıb. Bütün bunlar isə Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının gözü qarşısında baş verib. Bu cür kobud qayda pozuntularına yol verən evakuasiya avtomobilinin sürücüsünə hər hansı irad bildirilməyib.
Qeyd edək ki, evakuasiya avtomobili xüsusi təyinatlı və ya orerativ nəqliyyat vasitəsi sayılmadığı üçün bu cür kobud qayda pozuntularına yol verməsi düzgün deyil.
Məsələnin ən maraqlı tərəfi isə budur ki, həmin avtomobil evakuasiya olunmazdan əvvəl ərazidə xidmət aparan yol polisləri onun fotosunu çəkib və elektron protokol tərtib edərək şüşəsilənin altına qoyublar. Avtomobil heç bir halda hərəkətə maneə yaratmasa da, 10 dəqiqətən sonra evakuator çağırıb maşını oradan götüzdürüblər. Özü də o qədər operativ işləyirlər ki, cəmi 2 dəqiqə 19 saniyəyə bu prosesi həyata keçirib tez oradan uzaqlaşıblar.
Elmin