Yol polisi Şabranda reyd keçirdi: zəhərli qazlara görə - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığını davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, bu gün Şabran rayon Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər keçirib. Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özləri, həm də sərnişinlər üçün təhlükə yaradırlar.
Nəzarət profilaktiki tədbirlər zamanı bildirilib ki, sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar.
Emin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO

















